Daniele Orsato Rusiya Futbol İttifaqında işdən niyə imtina edib?

Məşhur italyan hakim Daniele Orsato Rusiya Futbol İttifaqının (RFS) Mütəxəssis-hakimlər Komissiyasında işdən imtina səbəbini açıqlayıb.

Arena.az “La Repubblica” dərgisinə istinadən, italyan hakimin bu barədə açıqlamasını təqdim edir:

“Mən həqiqətən Rusiyaya yollanmağa hazırlaşırammı? Qətiyyən yox. Məndən yüksək texnologiyalar dəstəsinin tərkibində Rusiya Futbol İttifaqı ilə hakimlik üzrə mütəxəssis kimi əməkdaşlıq etməyimi xahiş etdilər. Dəvət məni çox şərəfləndirdi. Amma mövcud ictimai-siyasi vəziyyət və məni həmişə rəhbər tutmuş mənəvi əsasları nəzərə alaraq, bununla razılaşmamaq qərarına gəldim. Bundan əlavə, yaxın aylarda bütün güc-qüvvəmi İtaliyada layihələrimi təsis etməyə yönəltmək istəyirəm”, deyə Orsato vurğulayıb.

Xatırladaq ki, Daniele Orsato İtaliya A Seriyasında, eləcə də böyük beynəlxalq yarışlarda – AÇ-2020 və AÇ-2024-dəki işi ilə tanınıb. Bundan əlavə, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Orsato Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununu idarə edib.

2020-ci ildə Orsato Çempionlar Liqasının finalında PSJ – Bayern oyununu (0:1) idarə edib. Elə həmin il Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Daniele Orsatonu ilin ən yaxşı futbol hakimi kimi tanımışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: