Hansi Flik yeni mövsümdə “Real”la rəqabət haqda sualı cavabladı

“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın yeni mövsümdə “Real”la rəqabəti haqda sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssisin cavabında sualdan yayınma hiss edilib:

“Mən artıq oxşar suala cavab vermişəm. Bizim, topla və topsuz çox yaxşı və çox güclü oynamağı bacaran komandamız var. Məqsədim qarşıdakı oyunlara da yaxşı hazırlaşmaqdır”, deyə Flik dərinə getməməyi üstün tutub.

Xatırladaq ki, alman mütəxəssis Hansi Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: