Polis xanım azarkeşə cinsiyyət üzvünü göstərmiş şəxsi axtarır

San-Paulu polisi və “Palmeyras” klubu xanım azarkeşə cinsiyyət üzvünü göstərərək alçaqlığa yol vermiş azarkeş barəsində axtarış elan edib.

Arena.az məlumat verir ki, əxlaqsız hadisə Libertadores Kubokunun “Palmeyras” – “Botafoqo” komandaları arasında keçirilmiş oyunda (2:2; ilk oyun 1:2) baş verib.

Avqustun 22-də “Alyans Park” stadionunda keçirilmiş oyun zamanı “Palmeyras” azarkeşlərindən biri şalvarını aşağı çəkərək cinsiyyət üzvünü “Botafoqo”nun qadın azarkeşinə əxlaqsızcasına nümayiş etdirib.

O, final fitindən dərhal sonra müvafiq alçaqlığı etmək qərarına gəlib. Bu da “Palmeyras”ın iki oyunun nəticəsinə görə yarışı tərk etməsindən doğan qəzəbdən qaynaqlanıb. Qadın azarkeş isə qarşılaşdığı müvafiq alçaq əməldən çox sarsılıb. O, hadisədən dərhal sonra zərərçəkmiş qismində polisə ərizə ilə müraciət ünvanlayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları və “Palmeyras” hadisənin təqsirkarını müəyyən etmək üçün stadionun müşahidə kameralarından çəkilmiş foto və video çəkilişlərdən istifadə edəcəklər. Klub onu da açıqlayıb ki, xuliqan azarkeşin klubun mövsüm cədvəlində iştirak etdiyi müəyyən edilərsə, onun abunəsi ləğv ediləcək. Həmin şəxs üçün gələcək oyunlara bilet satışı qadağan ediləcək.

Hazırda axtarış geniş vüsətlə davam etdirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: