“Çelsi”nin baş məşqçisi Entso Mareska bildirib ki, klub rəhbərliyi ona “zadəganlar”ı Çempionlar Liqasına çıxarmağı tapşırıq qoymayıb.
Arena.az “Sky Sports” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Klubda heç kim məndən Çempionlar Liqası bölgəsində yer uğrunda mübarizə aparmağımı istəməyib. Məndən komandanı və oyunçuları təkmilləşdirməyi xahiş ediblər”, deyə Mareska vurğulayıb.
Entso Mareska cari ilin iyulundan “Çelsi”nin sükanı arxasındadır. İtalyan mütəxəssisin “zadəganlar”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Mareskanın rəhbərliyi altında London klubu cari mövsümdə İngiltərə Premyer Liqasında 2 oyun keçirib. Premyer Liqanın yeni mövsümünün 1-ci turunda baş tutmuş “Mançester Siti” ilə ev oyunu “Çelsi”nin məğlubiyyəti ilə yekunlaşıb – 0:2. 2-ci turda isə “zadəganlar” səfərdə “Vulverhempton”u əzişdiriblər – 6:2.
2 turdan sonra “Çelsi” Premyer Liqanın yarış cədvəlində 3 xalla 8-ci pillədə qərarlşıb. Premyer Liqaya 6 xalla “Mançester Siti” başçılıq edir.


