Konfrans Liqasında pley-off yekunlaşdı – son 22 xoşbəxt klub

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 22 qarşılaşma baş tutub.

Xatırladaq ki, daha öncə Türkiyənin “Başakşəhər” və Belçikanın “Gent” komandaları Konfrans Liqasının əsas mərhələsinə vəsiqə əldə etmişdilər.

Bu turnirdə mübarizə aparan Türkiyənin digər təmsilçisi “Trabzonspor” pley-offdakı növbəti matçını bu gün keçirib. Sözügedən komanda səfərdə qol vura bilmədiyi “Sankt Qallen”i doğma meydanda yenməyə çalışıb. Amma əsas vaxtı bərabərliklə bitən cavab matçından sonra baş tutan penaltilər seriyasında sevinən tərəf qonaq komanda olub və trabzonlular avrokuboklarla vidalaşıblar.

Tarixi uğura imza ataraq ilk dəfə avrokubokların pley-offuna vəsiqə qazanan Azərbaycan təmsilçisi “Zirə” də bu raundda Kipr “Omoniya”sı ilə mübarizə aparıb. Rəşad Sadıqovun komandası ilk matçda böyük hesabla uduzduğu bu rəqibini evdə minimal hesabla yensə də, avrokuboklarla vidalaşmalı olub.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunları

28 avqust

“Başakşəhər” (Türkiyə) – “Sent Patriks Atletik” (İrlandiya) 2:0 (ilk oyun 0:0)
“Gent” (Belçika) – “Partizan” (Serbiya) 1:0 (1:0)

29 avqust

“Astana” (Qazaxıstan) – “Brann” (Norveç) 3:0 (0:2)
HJK (Finlandiya) – “Klaksvik” (Farer adaları) 2:1 (2:2)
“Zirə” (Azərbaycan) – “Omoniya” (Kipr) 1:0 (0:6)
“Rujomberok” (Slovakiya) – “Noah” (Ermənistan) 3:1 (0:3)
“Olimpiya” (Sloveniya) – “Riyeka” (Xorvatiya) 5:0 (1:1)
“Paks” (Macarıstan) – “Mlada Boleslav” (Çexiya) 0:3 (2:2)
“Pafos” (Kipr) – ÇFR (Rumıniya) 3:0 (0:1)
“Trabzonspor” (Türkiyə) – “Sankt Qallen” (İsveçrə) 1:1, penaltilər 4:5 (0:0)
TNS (Uels) – “Panevejis” (Litva) 0:0 (3:0)
“Serkl Brügge” (Belçika) – “Visla” (Polşa) 1:4 (6:1)
“Drita” (Kosovo) – “Legiya” (Polşa) 0:1 (0:2)
“Kilmarnok” (Şotlandiya) – “Kopenhagen” (Danimarka) 1:1 (0:2)
“Panatinaikos” (Yunanıstan) – “Lans” (Fransa) 2:0 (1:2)
“Santa Koloma” (Andorra) – “Vikinqur” (İslandiya) 0:0 (0:5)
“Zrinski” (Bosniya və Herseqovina) – “Vitoriya” (Portuqaliya) 0:4 (0:3)
“Çelye” (Sloveniya) – “Pünik” (Ermənistan) 4:1 (0:1)
“Maribor” (Sloveniya) – “Yurqorden” (İsveç) 0:1 (0:1)
“Haydenhaym” (Almaniya) – “Hakken” (İsveç) 3:2 (2:1)
“Servett” (İsveçrə) – “Çelsi” (İngiltərə) 2:1 (0:2)
“Betis” (İspaniya) – “Krivbass” (Ukrayna) 3:0 (2:0)
“Larne” (Şimali İrlandiya) – “Linkoln” (Cəbəllüttariq) 3:1 (1:2)
“Puşkaş Akademiyası” (Macarıstan) – “Fiorentina” (İtaliya) 1:1, penaltilər 4:5 (3:3)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: