Erik ten Haq: “Sevdiyin kimsəni incitmək xoş deyil”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa Liqasında “Tvente”yə qarşı keçirəcəkləri oyundan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” Avroliqanın Liqa mərhələsinin 1-ci turu çərçivəsində Ten Haqın sabiq komandası ilə üz-üzə gələcəklər.

Niderlandlı mütəxəssisin bu oyun barədə fikrini təqdim edirik:

“Tvente” mənə çox şey gətirib. Mən təhsilimi onların akademiyasında keçmişəm, illər sonra gənclər arasında yarışlar yenidən başlayanda, birinci gənclər komandası nəslinin bir hissəsi idim, ona görə də mənim üçün orada böyük tarix var.

Mən bir başqasına qarşı oynamağı üstün tutardım. Sevdiyin kimsəni incitmək xoş deyil”, deyə Erik ten Haq duyğusalcasına şərh edib.

Xatırladaq ki, “Mançester Yunayted” – “Tvente” oyunu bu gün, sentyabrın 25-də “Old Trafford”da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: