Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsində 3-cü tura yekun vurulacaq.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə A, B və C Liqaları çərçivəsində 8 qarşılaşma baş tutacaq.
A Liqasının 1-ci qrupunda mübarizə aparan Portuqaliya yığması Polşa milli komandasının qonağı olacaq. Qrupun digər oyununda Xorvatiya və Şotlandiya yığmaları üz-üzə gələcəklər.
4-cü qrupda yer alan sonuncu Avropa çempionu İspaniya isə doğma meydanda Danimarkanı sınağa çəkəcək. Bu qrupun digər oyunu Serbiya və İsveçrə yığmaları arasında baş tutacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
12 oktyabr
A Liqası, 1-ci qrup
20:00. Xorvatiya – Şotlandiya
22:45. Polşa – Portuqaliya
Xallar: Portuqaliya – 6. Xorvatiya – 3. Polşa – 3. Şotlandiya – 0.
A Liqası, 4-cü qrup
22:45. Serbiya – İsveçrə
22:45. İspaniya – Danimarka
Xallar: Danimarka – 6. İspaniya – 4. Serbiya – 1. İsveçrə – 0.
C Liqası, 2-ci qrup
17:00. Litva – Kosovo
22:45. Kipr – Rumıniya
Xallar: Rumıniya – 6. Kosovo – 3. Kipr – 3. Litva – 0.
C Liqası, 3-cü qrup
20:00. Bolqarıstan – Lüksemburq
22:45. Belarus – Şimali İrlandiya
Xallar: Belarus – 4. Bolqarıstan – 4. Şimali İrlandiya – 3. Lüksemburq – 0.


