Formula 1: Bəhreyn qran-prisinin qalibi bəlli oldu

Formula 1 üzrə yeni mövsümün ilk qran-prisi keçirilib.

Arena.az xəbər verir ki, ilk qran-pri Bəhreyndə təşkil olunub.

2021 mövsümünün açılış qran-prisi 56 dövrədən ibarət olub. “Mercedes” pilotu Luis Hamilton Bəhreyn qran-prisinin qalibi olub.

Almaniyalı sürücü karyerasında 96-cı qələbəsinə imza atıb. 7 qat dünya çempionu finişə birinci çataraq, 25 xal toplayıb.

“Red Bull”un niderlandlı pilotu Maks Ferstappen ikinci yerin sahibi kimi 18 xala yiyələnib. Üçüncü yeri tutan “Mercedes”in digər sürücüsü Valtteri Bottas isə 16 xal qazanıb.

Ümumilikdə finişə 20 pilotdan 16-sı çatmağı bacarıb. Nikita Mazepin (“Haas”) 1-ci, Fernando Alonso (“Alpine”) 35-ci, Nikolas Latifi (“Uilyams”) və Pyer Qasli (“Alfa Tauri”) 55-ci dövrədə mübarizəni dayandırıb.

Formula 1 üzrə növbəti qran-pri aprelin 18-də İtaliyada keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: