Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Brest” – “Renn” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Sent Etyen”lə qarşılaşan “Lans” inamlı qələbəyə sevinib.
Son çempion və lider PSJ də bu turda “Strasburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
8-ci tur
18 oktyabr
Monako – Lill 0:0
19 oktyabr
Brest – Renn 1:1
Qollar: Del Kastilyo, 54 – Jota, 86.
Sent Etyen – Lans 0:2
Qollar: Frankovski, 20. Laskari, 79.
PSJ – Strasburq 4:2
Qollar: Mayulu, 18. Asensio, 47. Barkola, 66. Li Kanq, 90 – Mara, 58. Dyonq, 90+1.
20 oktyabr
17:00. Havr – Olimpik (Lion)
19:00. Oser – Reyms
19:00. Nant – Nitsa
19:00. Tuluza – Anje
22:45. Monpelye – Olimpik (Marsel)


