Şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü Ayan Xankişiyevanın İsveçrənin Eqle şəhərində yerləşən Dünya Velosiped Mərkəzinə yollandığını xəbər vermişdik.
Arena.az xəbər verir ki, bununla bağlı Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında qarşılıqlı razılıq əldə olunub.
Federasiyadan verilən məlumata görə, Xankişiyeva ilin sonunadək Mərkəzin (WCC – World Cycling Centre) velosiped komandasının heyətində çıxış edəcək. Müvafiq yoxlamalardan uğurla keçən idmançımızla artıq peşəkar müqavilə də imzalanıb.
Martın 8-dən etibarən İsveçrədə olan Xankişiyeva burada hazırlıq prosesləri ilə yanaşı, Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara da qatılacaq.
Qeyd edək ki, Ayan Xankişiyevanı qaşıda dünya və Avropa çempionatları gözləyir. İdman Ustası olan velosipedçimizin bu ilin sentyabrında Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da iştirakı nəzərdə tutulur.
Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir.


