Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Monpelye” – “Lill” matçında qalib müəyyənləşməyib. “Havr” evdə “Anje”yə minimal fərqlə uduzub. “Tuluza” isə “Oser”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Lion “Olimpik”i bu dəfə “Nitsa” ilə ev oyununda darmadağına sevinib. Marsel “Olimpik”i də doğma meydanda “Monako”nu məğlub edib.
Beləliklə, 13 turdan sonra 33 xala malik PSJ hələ də vahid liderdir. Marsel “Olimpik”i ilə “Monako”nun 26 xalı var. “Lill” 23, Lion “Olimpik”i 22, “Nitsa” və “Lans” 20, “Oser” 19, “Reyms” və “Tuluza” 18, “Brest” 16, “Renn” 14 xal toplayıblar.
Fransa, Liqa 1
13-cü tur
29 noyabr
Reyms – Lans 0:2
Qollar: Tomasson, 23. Nzola, 61.
30 noyabr
Renn – Sent Etyen 5:0
Qollar: Kalimuendo, 39-pen; 61; 67-pen. Blas, 45+6. Quiri, 53.
Brest – Strasburq 3:1
Qollar: Lala, 12-pen. Laqe, 45+1. Del Kastilyo, 90+2 – Uattara, 85.
PSJ – Nant 1:1
Qollar: Hakimi, 2 – Ablin, 38.
1 dekabr
Monpelye – Lill 2:2
Qollar: Silla, 45+2. Nordin, 90+3 – David, 44; 54.
Havr – Anje 0:1
Qol: Abdelli, 63.
Olimpik (Lion) – Nitsa 4:1
Qollar: Lakasette, 4; 41; 69-pen. Veretu, 43 – Diop, 22.
Tuluza – Oser 2:0
Qollar: Kinq, 32. Syerro, 39.
Olimpik (Marsel) – Monako 2:1
Qollar: L.Enrike, 53. Qrinvud, 89-pen – Qolovin, 41.


