Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Udineze” doğma meydanda lider “İnter”lə üz-üzə gəlib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma milanlılar fasilədən sonra penalti qolu ilə hesaba tarazlıq gətirə biliblər. Matça əlavə olunmuş təzminat dəqiqələrində daha bir qol vuran “İnter” əzmkar qələbəyə sevinib və çempionluğa bir qədər də yaxınlaşıb.
Beləliklə, 31 turdan sonra 82 xala malik “İnter” vahid liderdir. Bu komandanı 68 xalı olan “Milan” izləyir. “Yuventus” 62 xalla 3-cü, “Bolonya” 58 xalla 4-cü, “Roma” 55 xalla 5-ci, “Atalanta” 50 xalla 6-cıdır. Son çempion “Napoli”nin 48, “Latsio”nun 46, “Torino”nun 44, “Fiorentina”nın 43, “Montsa”nın 42, “Cenoa”nın 38, “Kalyari”nin 30 xalı var.
İtaliya, A Seriyası
31-ci tur
5 aprel
Salernitana – Sassuolo 2:2
Qollar: Kandreva, 52-pen. Maccore, 90+1 – Loryente, 37. Bayrami, 44.
6 aprel
Milan – Leççe 3:0
Qollar: Pulişiç, 6; Jiru, 20. Leao, 57.
Roma – Latsio 1:0
Qol: Mançini, 42.
Empoli – Torino 3:2
Qollar: Kambyaci, 6. Kanselyeri, 74. Nyanq, 90+4 – Sapata, 60; 90+1.
7 aprel
Frozinone – Bolonya 0:0
Montsa – Napoli 2:4
Qollar: Dyuriç, 9. Kolpani, 62 – Osimhen, 55. Politano, 57. Zelinski, 61. Raspadori, 68.
Kalyari – Atalanta 2:1
Qollar: Auqello, 42. Viola, 88 – Skamakka, 13.
Verona – Cenoa 1:2
Qollar: Bonatsoli, 8 – Ekuban, 45. Qudmundsson, 58.
Yuventus – Fiorentina 1:0
Qol: Qatti, 21.
8 aprel
Udineze – İnter 1:2
Qollar: Samardziç, 40 – H.Çalhanoğlu, 55-pen. Frattezi, 90+5.


