A Seriyası: “Latsio” autsayderi 4 qolla məğlub etdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Latsio” doğma meydanda “Salernitana” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri darmadağına seviniblər.

32-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
32-ci tur
12 aprel

Latsio – Salernitana 4:1
Qollar: Felipe Anderson, 7; 35. Vesino, 14. İsaksen, 87 – Tçauna, 16.

13 aprel

17:00. Leççe – Empoli
20:00. Torino – Yuventus
22:45. Bolonya – Montsa

14 aprel

14:30. Napoli – Frozinone
17:00. Sassuolo – Milan
20:00. Udineze – Roma
22:45. İnter – Kalyari

15 aprel

20:30. Fiorentina – Cenoa
22:45. Atalanta – Verona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: