Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Fiorentina” – “Napoli” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Frozinone” “Komo”nu, “Parma” “Cenoa”nı, “Yuventus” “Atalanta”nı, “Milan” isə “Leççe”ni məğlub yola salıb.
Beləliklə, geridə qalmış 5 turdan sonra “Roma”, “İnter” və “Latsio”nun 13 xalı var. “Kalyari” 12, “Milan” 11, “Frozinone”, “Yuventus” və “Komo” isə 10 xal toplayıblar.
İtaliya, A Seriyası
5-ci tur
18 sentyabr
Montsa – Sassuolo 2:1
19 sentyabr
Bolonya – Torino 1:1
Udineze – Kalyari 0:1
Roma – İnter 2:2
Venesiya – Latsio 0:2
20 sentyabr
Fiorentina – Napoli 1:1
Frozinone – Komo 2:0
Parma – Cenoa 2:1
Yuventus – Atalanta 2:0
Milan – Leççe 3:0


