Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.
Səfərdə “Empoli” ilə qarşılaşan ötən mövsümün qalibi “Napoli” buraxdığı erkən qolun əvəzini çıxa bilməyib və məğlubiyyətə üzülüb.
“Verona” da “Udineze” ilə ev oyunundan xalsız ayrılıb.
33-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
33-cü tur
19 aprel
Cenoa – Latso 0:1
Qol: Luis Alberto, 67.
Kalyari – Yuventus 2:2
Qollar: Qaetano, 30-pen. Mina, 36-pen – Vlahoviç, 61. Dossena, 87-öz qapısına.
20 aprel
Empoli – Napoli 1:0
Qol: Çerri, 4.
Verona – Udineze 1:0
Qol: Koppola, 90+3.
21 aprel
14:30. Sassuolo – Leççe
17:00. Torino – Frozinone
20:00. Salernitana – Fiorentina
22:45. Montsa – Atalanta
22 aprel
20:30. Roma – Bolonya
22:45. Milan – İnter


