Bu gün keçirilmiş oyunla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 5-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Montsa” doğma meydanda “Sassuolo” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.
5-ci turun qalan görüşləri sentyabrın 19-da və 20-də keçiriləcək.
İtaliya, A Seriyası
5-ci tur
18 sentyabr
Montsa – Sassuolo 2:1
19 sentyabr
17:00. Bolonya – Torino
17:00. Udineze – Kalyari
20:00. Roma – İnter
22:45. Venesiya – Latsio
20 sentyabr
14:30. Fiorentina – Napoli
17:00. Frozinone – Komo
17:00. Parma – Cenoa
20:00. Yuventus – Atalanta
22:45. Milan – Leççe


