Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 30-cu turunun qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Son çempion “Napoli” doğma meydanda “Atalanta”ya 3 cavabsız qolla uduzub.
“Cenoa” – “Frozinone” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Torino” doğma meydanda “Montsa”nı minimal hesabla məğlub edib.
Səfərdə “Latsio” ilə qarşılaşan “Yuventus” 90+3-cü dəqiqədə buraxdığı yeganə qolla məğlub olub.
Üç qolun qeydə alındığı “Fiorentina” – “Milan” matçında isə qonaqlar qalib gəliblər.
30-cu turun qalan görüşləri aprelin 1-də keçiriləcək.
İtaliya, A Seriyası
30-cu tur
30 mart
Napoli – Atalanta 0:3
Qollar: Mirançuk, 26. Skamakka, 45. Kopmeyners, 88.
Cenoa – Frozinone 1:1
Qollar: Qudmundsson, 30-pen – Reynier, 36.
Torino – Montsa 1:0
Qol: Sanabriya, 69-pen.
Latsio – Yuventus 1:0
Qol: Maruşiç, 90+3.
Fiorentina – Milan 1:2
Qollar: Dunkan, 50 – Loftus-Çik, 47. Leao, 53.
1 aprel
14:30. Bolonya – Salernitana
17:00. Kalyari – Verona
17:00. Sassuolo – Udineze
20:00. Leççe – Roma
22:45. İnter – Empoli


