ABL: 2025/26 mövsümünə bu gün start veriləcək

Bu gün keçiriləcək bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünə start veriləcək.

Arena.az xəbər verir ki, günün yeganə matçında son çempion “Sabah” “Neftçi” ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq. Oyuna saat 19:00-da start veriləcək.

Qeyd edək ki, ilk tura oktyabrın 2-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: