ABL: “Gəncə” uduzdu, “Ordu” “Quba”nı yendi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyununda “Quba” “Ordu”nu qəbul edib. Görüş qonaqların 96-68 hesablı inamlı qələbəsi ilə yekunlaşıb (11-21, 20-30, 18-25, 19-20). Digər oyunda “Abşeron Lions” və “Gəncə” üz-üzə gəliblər. Gərgin keçən qarşılaşma “Abşeron Lions”un 96:94 hesablı qələbəsi ilə yekublaşıb.

Xatırladaq ki, daha əvvəl turun bir oyunu baş tutub: “Neftçi” “Şəki”ni 92:68 hesabı ilə məğlub edib.

Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək. “Sabah” NTD-ni, “Sərhədçi” “Lənkəran”ı, “Naxçıvan” “Sumqayıt”ı sınağa çəkəcək.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: