ABL: “Lənkəran” “Sərhədçi”yə, “Sumqayıt” “Naxçıvan”a uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Sərhədçi” doğma meydanda “Lənkəran”ı 84:70 (18:20, 14:14, 24:17, 28:19) hesabı ilə məğlub edib .

Turun son oyununda isə “Naxçıvan” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. Görüş “Naxçıvan” basketbolçularının qələbəsi ilə yekunlaşıb – 103:89 (29:22, 23:23, 25:17, 26:27).

Xatırladaq ki, 2-ci turun əvvəlki oyunlarında “Neftçi” “Şəki”yə (92:68), “Ordu” “Quba”ya (96:68), “Abşeron Lions” “Gəncə”yə (96:94), “Sabah” NTD-yə (133:65) qalib gəlmişdi.

A qrupu: Abşeron Lions – 4. Sabah – 4. Neftçi – 3. Gəncə – 3. NTD – 2. Şəki – 2.

B qrupu: Ordu – 4. Lənkəran – 3. Naxçıvan – 3. Sərhədçi – 3. Quba – 3. Sumqayıt – 2.

ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: