17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının (AÇ-2023) seçmə mərhələsində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, yığmamız qrup oyunlarının keçirildiyi Bosniya və Herseqovinadakı ikinci sınağında yerli komanda ilə üz-üzə gəlib.
Xatırladaq ki, milli komandamız ilk turda Qazaxıstana 2:0 hesabıyla qalib gəlmişdi. Bosniya və Herseqovina seçməsi isə Monteneqro ilə oyundan 4:2 hesablı qələbə ilə ayrılmışdılar.
Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunu Rumıniyadan olan hakim idarə edib. Matçın yekununda qələbəni meydan sahibləri bayram ediblər.
Bu gün baş tutan qrupun digər oyununda isə Monteneqro millisi Qazaxıstanı 13:0 hesabıyla məğlub edib. Azərbaycan millisi son matçını ayın 28-də məhz Monteneqroya yığmasına qarşı keçirəcək.
AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup
25 mart
Bosniya və Herseqovina – Azərbaycan 2:0
Qollar: Una Rankiç, 39; 45.
Baş hakim: Ana Mariya Alexandra Tertelak (Rumıniya).
Baş hakimin köməkçiləri: Alexandra Apostu (Rumıniya), Ana Çobotaru (Moldova).
Dördüncü hakim: Elena Qobyila (Moldova).
Etno Selo Stanişiçi stadionu (Biyelina).
Bosniya və Herseqovina: 12. Aleksandra Paniç, 2. Samra Muhiç (13. Andelina Laketiç, 46), 3. Dalal Bratoviç, 4. İvona Radoşeviç, 6. Nina Brniç, 7. Seyla Dediç (19. Nataliya Mrkoviç, 46), 9. Lina Hadzikaduniç (14. Mariyana Paniç, 78), 10. Una Rankiç, 11. Nina Pupiç (k), (18. Ayla Qradan, 78), 15. Boqdana Miliçeviç, 20. Amila Abdukiç (17. Ayla İkelyiç, 78).
Ehtiyat oyunçular: 1. Nadiya Qoluboviç, 5. Selma Feliz, 8. Yovana Novakoviç, 16. Amra Beçiroviç.
Baş məşqçi: İliya Luçiç.
Azərbaycan: 1. Mehriban Şahməmmədova, 2. Məsumə Nəzərli, 3. Aydan Həsənova (k), 4. Lalə Abbaszadə, 5. Fatimə Əhmədova, (14. Aydan Əkbərova, 22), 6. Aysu Murtuzayeva (8. Səma Həsənli, 73), 7. Pərişan Abdullayeva, 10. Röya Əliyeva, 11. Ayşən Salamzadə, 16. Xanım Əsədova, 17. Şəkər Piriyeva (15. İslamova Ülviyyə, 90+1).
Ehtiyat oyunçular: 12. Güləsər İsmayılova, 9. Fatimə Məhərrəmli, 13. Firuzə Bayramova, 18. Vahidə Əlipaşayeva, 19. Ləman Əliyeva, 20. Bədriyyə Mövludova.
Baş məşqçi: Nərgiz Qurbanova.
Xal: Bosniya və Herseqovina – 6. Monteneqro – 3. Azərbaycan – 3. Qazaxıstan – 0.


