AÇ-2024: 1/8 finala start verilir

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/8 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, pley-offun ilk günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə İsveçrə və İtaliya yığmaları üz-üzə gələcəklər. Son Avropa çempionu olan italyanlar titulunu qorumaq üçün bu rəqibini keçməyə borcludur.

Günün digər oyunu Avropa çempionatına ev sahibliyi edən Almaniya yığması ilə Danimarka millisi arasında keçiriləcək.

AÇ-2024
1/8 final
29 iyun

20:00. İsveçrə – İtaliya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin. Olimpiya stadionu.

23:00. Almaniya – Danimarka
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund. “Siqnal İduna Park”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: