AÇ-2024: Belçika və Avstriya yığmaları üz-üzə

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində 7-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qrup (B, F və J qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.

B qrupunda Niderland yığması itkisiz irəliləyən lider Fransa seçmə komandasını qəbul edəcək. İrlandiya yığması da evdə Yunanıstanla üz-üzə gələcək.

F qrupunda yer almış Azərbaycan millisi bu gün səfərdə Estoniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Eyni xala malik qrup liderlərinin – Avstriya və Belçikanın görüşünə də maraq böyükdür.

J qrupunda isə İslandiya Lüksemburqu, Lixtenşteyn Bosniya və Herseqovinanı, Portuqaliya da Slovakiyanı qəbul edəcək.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 7-ci tur
13 oktyabr

B qrupu

22:45. Niderland – Fransa
22:45. İrlandiya – Yunanıstan

Xal: Fransa – 15. Niderland – 9. Yunanıstan – 9. İrlandiya – 3. Cəbəllüttariq – 0.

F qrupu

20:00. Estoniya – Azərbaycan
22:45. Avstriya – Belçika

Xal: Belçika – 13. Avstriya – 13. İsveç – 6. Azərbaycan – 1. Estoniya – 1.

J qrupu

22:45. İslandiya – Lüksemburq
22:45. Lixtenşteyn – Bosniya və Herseqovina
22:45. Portuqaliya – Slovakiya

Xal: Portuqaliya – 18. Slovakiya – 13. Lüksemburq – 10. Bosniya və Herseqovina – 6. İslandiya – 6. Lixtenşteyn – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: