2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 9-cu turun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qrup (C, E və H qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.
C qrupunda İngiltərə – Malta və İtaliya – Şimali Makedoniya oyunları baş tutacaq.
E qrupunda Moldova Albaniya yığmasını, Polşa isə Çexiya yığmasını qəbul edəcək.
H qrupu çərçivəsində də üç görüş baş tutacaq. Qazaxıstan yığması San Marino ilə üz-üzə gələcək. Finlandiya Şimali İrlandiya millisini, Danimarka isə Sloveniya yığmasını sınağa çəkəcək.
Xatırladaq ki, artıq Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan və Slovakiya yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
17 noyabr
C qrupu
23:45. İngiltərə – Malta
23:45. İtaliya – Şimali Makedoniya
Xal: İngiltərə – 16. Ukrayna – 13. İtaliya – 10. Şimali Makedoniya – 7. Malta – 0.
E qrupu
21:00. Moldova – Albaniya
23:45. Polşa – Çexiya
Xal: Albaniya – 13. Çexiya – 11. Polşa – 10. Moldova – 9. Farer adaları – 1.
H qrupu
19:00. Qazaxıstan – San Marino
21:00. Finlandiya – Şimali İrlandiya
23:45. Danimarka – Sloveniya
Xal: Sloveniya – 19. Danimarka – 19. Qazaxıstan – 15. Finlandiya – 12. Şimali İrlandiya – 6. San Marino – 0.


