İspaniya yığmasının Avropa çempionatının (AÇ-2024) qalibi olacağı halda qazanacağı pul mükafatının məbləği məlum olub.
Arena.az bu barədə “Sports.es” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, çempion olacağı təqdirdə İspaniya yığması 28,25 milyon avro məbləğində qazanc əldə edəcək.
Müvafiq məbləğin 40%-i futbolçulara çatacaq və onlar arasında bölüşdürüləcək.
Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında final oyunu bu gün, iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


