2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 7-ci tura yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qrup (C, G və H qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.
C qrupunda Ukrayna yığması Şimali Makedoniyanı, İtaliya millisi isə Maltanı qəbul edəcək.
G qrupunda Bolqarıstan – Litva və Macarıstan – Serbiya görüşləri baş tutacaq. Xüsusilə də eyni xala malik macarlarla serblərin zirvə savaşı böyük maraqla gözlənilir.
H qrupunda Şimali İrlandiya evdə San Marinonu, Sloveniya Finlandiyanı, Danimarka da Qazaxıstanı sınağa çəkəcək.
Xatırladaq ki, artıq Portuqaliya, Fransa və Belçika yığmaları artıq gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 7-ci tur
14 oktyabr
C qrupu
17:00. Ukrayna – Şimali Makedoniya
22:45. İtaliya – Malta
Xal: İngiltərə – 13. İtaliya – 7. Ukrayna – 7. Şimali Makedoniya – 7. Malta – 0.
G qrupu
20:00. Bolqarıstan – Litva
22:45. Macarıstan – Serbiya
Xal: Macarıstan – 10. Serbiya – 10. Monteneqro – 8. Bolqarıstan – 2. Litva – 2.
H qrupu
17:00. Şimali İrlandiya – San Marino
20:00. Sloveniya – Finlandiya
22:45. Danimarka – Qazaxıstan
Xal: Sloveniya – 13. Danimarka – 13. Finlandiya – 12. Qazaxıstan – 12. Şimali İrlandiya – 3. San Marino – 0.


