AÇ-2024: Qaret Sautqeytdən antirekord

Artıq məlum olduğu kimi, İngiltərə millisi AÇ-2024-ün finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olaraq, çempionluğu əldən verib.

Arena.az məlumat verir ki, “üç şirin” baş məşqçisi, ingilis mütəxəssis Qaret Sautqeyt Avropa çempionatları tarixində ardıcıl ikinci finalında məğlub olmaqla, antirekorda imza atıb.

Sautqeyt 2021-ci ildə vətəni İngiltərədə keçirilmiş AÇ-2020-nin finalında İtaliya yığmasına məğlub olmuşdu (əsas və əlavə vaxt 1:1, penaltilərlə 2:3). Bu dəfə isə ingilis mütəxəssis İspaniya yığmasından məğlubiyyət almaqla, gümüş medalla təsəlli tapıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: