AÇ-2024: Şotlandiya və İsveçrə millilərindən heç-heçə

Futbol üzrə Şotlandiya və İsveçrə yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

Bu gün qrup mərhələsində 2-ci tura start verilib. 6-cı oyun gününün sonuncu matçında Şotlandiya və İsveçrə yığmaları üz-üzə gəliblər. Köln şəhərində keçirilən matçda qalib müəyyənləşməyib.

Qarşılaşmada hesabı şotlandlar açıblar. 13-cü dəqiqədə Skott Matkominey fərqlənib. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb. Qalan dəqiqələrdə hesab dəyişməyib.

Xatırladaq ki, A qrupunun digər oyununda meydan sahibi Almaniya yığması Macarıstana 2:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, ardıcıl iki qələbəyə sevinən Almaniya millisi xallarının sayını 6-ya çatdırıb. “Bundestim” qrup mərhələsinin sonuna 1 tur qalmış pley-offa vəsiqəni təmin edib.

AÇ-2024
A qrupu
19 iyun

Şotlandiya – İsveçrə 1:1
Qollar: Skott Maktominey, 13 – Cerdan Şaqiri, 26.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Köln, “Reyn Energi” stadionu.

Xal: Almaniya – 6. İsveçrə – 4. Şotlandiya – 1. Macarıstan – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: