AÇ-2024-ün maskotunun adı bəlli oldu

UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının (AÇ-2024) rəsmi maskotunun adını açıqlayıb.

Arena.az xəbər verir ki, qarşıdakı Avropa çempionatının talismanı rolunda kiçik ayı balası çıxış edəcək.

Maskot ilk dəfə Gelzenkirxendəki ibtidai məktəblərin birində təqdim edilib. Ənənələrə diqqəti ilə səciyyəvi almanlar maskotu 20-ci əsrin əvvələrində Almaniyada yaradıldığı deyilən kiçik yumşaq oyuncaq – ayı balasına həsr ediblər.

UEFA iki həftə ərzində səsvermə yolu ilə Avropa çempionatının talismanına ad seçməyi azarkeşlərin ixtiyarına vermişdi. Almanca “ayı” mənasını verən “bär” köklü dörd sözdən biri maskotun adı olacaqdı. Azarkeşlər “Albärt”, “Bärnardo”, “Bärnheart” və “Herzi von Bär” adlarından birini seçə bilərdilər.

Yekunda azarkeşlərin seçiminə əsasən talismana “Albert” adı verilib. Bu, respondentlər tərəfindən 32 faiz səs toplayıb. “Bärnardo” ikinci, “Bärnheart” üçüncü, “Herzi von Bär” sonuncu olub.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi gələn il 14 iyun – 14 iyul aralığında Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: