“Adana Dəmirspor” Vinçentso Montella ilə müqavilə bağladı

Türkiyənin “Adana Dəmirspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Vinçentso Montellaya tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə Samet Aybabanı əvəzləyib.

Qeyd edək ki, Vinçentso Montella məşqçilik karyerasına 2011-ci ildə “Roma”da başlayıb. 47 yaşlı mütəxəssis sonralar “Kataniya”, “Fiorentina”, “Sampdoriya”, “Milan” və “Sevilya” klublarına da rəhbərlik edib. O, son olaraq 2019-cu ildə “Fiorentina”nı ikinci dəfə çalışdırıb və elə həmin ildən işsiz idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: