Adrian Mazilu “Brayton”u Niderland klubuna dəyişdi

“Brayton”un Rumıniyadan olan sağ cinah vingeri Adrian Mazilu icarə müqaviləsi əsasında Niderlandın “Vitess” klubuna keçib.

Arena.az bu barədə Arnem təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər razılaşdırılıb.

Mazilu “George Haci adına Akademiya”nın yetirməsidir. Mazilu böyük futbolda Rumıniyanın “Farul” klubunda debüt edib.

Cari ilin yanvar ayının 22-də isə “Brayton” Mazilunun transfer hüquqlarını “Farul”dan aldığını və cari mövsümün qalan hissəsi üçün Niderland Eradiviziyasının təmsilçisi “Vitess”ə icarəyə verdiyini bəyan edib.

Cari mövsümün ilk yarısında Mazilu “Farul”un heyətində 25 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Adrian Mazilunun qənimətlər muzeyində “Farul”la qazandığı Rumıniya çempionluğu (2022/2023 mövsümü) var.

Adrian Mazilu Rumıniyanın əsas yığmasına hələ dəvət almayıb. Amma gənc futbolçu U-15, U-16, U-17, U-18, U-19, U-21 yığmalarında oynayıb və kifayət qədər təcrübə sahibidir.

“Transfermarkt” internet-portalı 18 yaşlı rumın futbolçuunun transfer dəyərini 2,50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: