İtaliyanın “Yuventus” klubu Fransadan olan mərkəz yarımmüdafiəçisi Adrien Rabyo ilə müqavilənin müddətini artırıb.
Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
28 yaşlı futbolçunun yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Onun bu klubla əvvəlki müqaviləsinin müddəti bu ayın sonunda bitirdi.
Adrien Rabyo 2019-cu ilin iyul ayından “Yuventus”da çıxış edir. O, Turin təmsilçisinin heyətində meydana çıxdığı 177 oyunda 17 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Fransız futbolçu daha öncə PSJ (226 oyun, 24 qol, 14 assist) və “Tuluza”da (13 oyun, 1 qol, 3 assist) da forma geyinib.
Rabyo 2018-ci ildə Fransa milisi ilə dünya çempionatının qalibi olub. O, ölkəsinin yığmasında 36 oyuna çıxıb, 3 qola imza atıb.


