Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar qəbul olunub.
Arena.az xəbər verir ki, bu iki turnirin 23-cü turundakı qayda pozuntularına hüquqi qiymət verilib:
Azərbaycan Premyer Liqası, 23 tur
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 47-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Araz-Naxçıvan” buna görə 1000 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə paytaxt klubu 800 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə paytaxt klubu 1000 manat cərimə edilib. “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu 700 manat cərimə edilib. “Qarabağ”ın futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Ağdam klubu buna görə 1500 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam klubu 1000 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 23-cü tur
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununun 90-cı dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Nihad Əmrahzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Naxçıvan komandası buna görə 50 manat cərimə ödəyəcək.
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt komandası 70 manat cərimə edilib. “Qarabağ-2” matçın ilkin protokolun elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Şamaxı-2” oyununda “Şamaxı”nın 5 futbolçusu sarı vərəqə aldığına görə bu komanda 70 manat cərimə edilib.
“Səbail-2” – “Sabah-2” oyununda “Səbail”in 6 futbolçusu sarı vərəqə aldığına görə bu komanda 70 manat cərimə edilib.


