AFFA milli komandaların yeni baş məşqçilərini açıqladı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçilərini müəyyənləşdirib.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.

Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:

U-15 – Aleksandr Qross
U-16 – Famil Xəlilov
U-17 – Emin Mustafayev
U-18 – Mahmud Qurbanov
U-19 – Elgiz Kərəmli

Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər qurumun texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: