Ağır atletika üzrə yığmamız üçün Buxarest sınağı

Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.

Arena.az xəbər verir ki, 26 iyul – 3 avqust tarixləri aralığında keçiriləcək yarışda 34 ölkədən 450 atlet (204 qadın və 246 kişi) iştirak edəcək.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Ağır atletika üzrə millimiz yarışa bu heyətlə yollanacaq:

U-20 (qadın)
Rahilə Hüseynzadə (87 kq)

U-20 (kişi)
Əli Şükürlü (109 kq)

U-23 (kişi)
Əvəz Tağıyev (55 kq), Ömər Cavadov (73 kq), Füqan Əliyev (81 kq).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: