Ağır atletika yığmamız Avropa çempionatına 11 atletlə gedir

Moldovanın paytaxtı Kişinyovda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.

Arena.az xəbər verir ki, iyulun 1-dən 10-na qədər davam edəcək yarışda 40-a yaxın ölkədən 416 atlet (196 qız və 220 oğlan) iştirak edəcək.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, ölkəmiz bu yarışda 11 atletlə təmsil olunacaq.

Komandamız aşağıdakı heyətlə çıxış edəcək:

U-15 qızlar
Nuray Əbilova (40 kq), Aytən Əliyeva (59 kq), Arzu Qədimova (76 kq)

U-15 oğlanlar
Murad Həsənli (49 kq), Yunis Bayramov (67 kq), İsa Əliyev (73 kq), Hüseyn Heydərov (81 kq), Muhammədəli Məmmədzadə (96 kq)

U-17 oğlanlar
Amin Osmanov (55 kq), Turan Əliyev (67 kq), Ravin Alməmmədov (73 kq)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: