Ağır atletika yığmamız dünya çempionatına 6 atletlə gedir

4-17 sentyabr aralığında Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edəcək.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, yığmamız bu yarışa bütövlükdə 6 atletlə qatılacaq. Heyətdə 2 qadın və 4 atlet yer alıb.

Millimizin dünya çempionatına yollanacaq heyətini təqdim edirik:

Qadınlar
Nazilə İsmayılova (49 kq)
Günel Vəliyeva (76 kq)

Kişilər
İsa Rüstəmov (67 kq)
Ömər Cavadov (73 kq)
Əli Şükürlü (102 kq)
Dadaş Dadaşbəyli (109 kq).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: