Ağırlıqqaldırma: Millimizin 5 üzvü üçün Tailand sınağı

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının 5 üzvü Tailandın Phuket şəhərində keçiriləcək dünya kubokunda çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, dünya kubokunda ölkəmizi 4 kişi, 1 qadın idmançı təmsil edəcək. Qadınlarda Nazilə İsmayılova (45 kq) qüvvəsini sınayacaq. Kişilərdə isə İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi 73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, martın 31-də start götürəcək bu yarışa aprelin 11-də yekun vurulacaq. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235+231) atlet iştirak edəcək.