“Alanyaspor”dan yeni transfer

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi sol cinah yarımmüdafiəçisi Oğuz Aydını transfer edib.

“Bucaspor”dan transfer olunan 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Vinger yeni komandasında “70” nömrəli formanı geyinəcək.

Niderlandda dünyaya gələn Oğuz Aydın, 2018-ci ildən “Bucaspor”da çıxış edirdi. O, qısa müddət “Karacabey Belediyesspor”da da icarədə oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: