Alberk Koç Super Liqa klubuna lazım olmadı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Rizəspor” sol cinah müdafiəçisi Alberk Koç ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Rizə klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb.

26 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Türkiyəli futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Alberk Koç bu mövsüm Super Liqa və Türkiyə Kuboku çərçivəsində cəmi 2 oyuna çıxıb və 31 dəqiqə oynayıb. 2020-ci ilin yanvar ayından “Rizəspor”da forma geyinən Koç bu komandada bütövlükdə 61 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Menemenspor”, “Konyaspor” və “Manisaspor”da da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: