Aleksa Yankoviç “Sumqayıt”ı “Turan Tovuz”a dəyişdi

“Sumqayıt”ın cinah hücumçusu Aleksa Yankoviç bundan sonra Premyer Liqanın digər təmsilçisi “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Serbiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Transferin digər detalları barədə məlumat verilməyib.

26 yaşlı futbolçu karyerası ərzində vətənində “Partizan”, “Çukariçki”, “Vozdovaç” kimi klublarda çıxış edib. O, 2025-ci ilin yayında “Radniçki”dən “Sumqayıt”a keçmişdi. Serbiyalı vinger Sumqayıtın eyniadlı təmsilçisinin heyətində 39 oyuna çıxıb, 5 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Aleksa Yankoviç Serbiyanın U-16, U-17, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Turan Tovuz” bu yay Dioqo Balau, Aleksey Kenyaykin, Stiv Besnard, Filip Damyanoviç və Rahil Məmmədovu da heyətinə qatıb. İbrahima Vadji ilə yeni müqavilə bağlamış Tovuz klubu Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov, Fərid Yusifli və Ayxan Abbaszadə ilə də yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: