Aleksandr Çikaldau “Qalatasaray”dan ayrıldı

Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Aleksandr Çikaldau ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Rumıniyalı oyunçu bu ölkənin “Əl İttihad” (Kalba) komandasına icarəyə verilib. Ərəb klubu bu müddət ərzində futbolçunun “Qalatasaray”dakı maaşını qarşılamalı olacaq.

Aleksandru Çikaldau 2021-ci ilin yayında 6.5 milyon avro qarşılığında “Qalatasaray”a gəlmişdi. O, İstanbul təmsilçisində 44 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: