Alleqri: “Qələbə yoluna qayıtmaq vacib idi”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya Kubokunun yarımfinal mərhələsində “Latsio”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“İtaliya Kuboku A Seriyası olmasa belə, qələbə yoluna qayıtmaq vacib idi. İlk hissə taraz keçdi, ikinci hissədə daha sürətli oynamağa başladıq və çox güclü “Latsio”ya qarşı iki qol vurduq. Amma mübarizə hələ bitməyib, cavab oyununda da yaxşı oynamalıyıq.
Fasilədə komandaya rəqib qapısına doğru qaçmasını dedim. Bu, doğrudur. Futbolun sadə idman olduğunu deyəndə, həqiqətən bunu nəzərdə tuturam. Mən onlara dedim ki, rəqib qapısına doğru qaçsınlar, orada isə bir şey fikirləşərik”, deyə Alleqri bildirib.

Komandalar arasında cavab oyunu aprelin 23-də baş tutacaq. Yarımfinalın digər oyununda isə “Atalanta” və “Fiorentina” yarışın həlledici oyununda oynamaq hüququ uğrunda mübarizə aparırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: