Almaniya Bundesliqasında bir oyun təxirə salındı, “Hoffenhaym” qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilməli olsa da, onlardan biri baş tutub.

“Köln” doğma meydanda “Hoffenhaym”la üz-üzə gəlib. Bu matçda qonaqlar minimal hesabla qələbə qazanıblar.

Çempionluğa iddialı digər komanda Dortmund “Borussiya”sı bu tur “Maynts”ın qonağı olmalı idi. Amma “Maynts”da koronavirusa kütləvi yoluxma qeydə alındığından, bu oyun təxirə salınıb.

Almaniya Bundesliqası
25-ci tur

4 mart

Arminiya – Auqsburq
Qol: Kaligiuri, 50.

5 mart

Bayern – Bayer 1:1
Qol: Sule, 18 – Müller, 36-öz qapısına.

Bohum – Qroyter 2:1
Qol: Leytş, 35. Losilla, 71 – Bella, 64-öz qapısına.

Volfsburq – Union Berlin 1:0
Qol: Avoniyi, 24.

Herta – Ayntraxt 1:4
Qol: Selke, 61 – Knauff, 17. Tuta, 48. Lindstrom, 56. Borre, 63.

Leypsiq – Frayburq 1:1
Qol: Anxelinyo, 90 – Dəmiroviç, 38.

Ştutqart – Borussiya (Mönxenqladbax) 3:2
Qol: Endo, 38. Fuhrix, 51. Kalaydziç, 83 – Plea, 14. Turam, 35.

6 mart

Köln – Hoffenhaym 0:1
Qol: Poş, 61.

Maynts – Borussiya (Dortmund) matçı təxirə salınıb

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: