Almaniya Bundesliqasında qonaqların günü: “Borussiya” 3 qolla sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub. Maraqlıdır ki, bu oyunların hamısı qonaqların qələbəsiylə yekunlaşıb.

“Köln” evdə “Volfsburq”a, “Frayburq” “Union Berlin”ə, “Hoffenhaym” “Bayer”ə, “Herta” isə “Maynts”a məğlub olub. Səfərdə “Qroyter”lə qarşılaşan Dortmund “Borussiya”sı da turu qələbə ilə başa vurub.

Çempionluğu təmin edən “Bayern”i bu turda “Ştutqart”la qarşılaşma gözləyir.

Almaniya Bundesliqası
33-cü tur

6 may

Bohum – Arminiya 2:1
Qol: Polter, 22. Bello, 89-öz qapısına – Nilsson, 35.

7 may

Qroyter – Borussiya (Dortmund) 1:3
Qol: Nqankam, 70 – Brandt, 26; 72. Passlak, 77.

Köln – Volfsburq 0:1
Qol: Gerhardt, 43.

Frayburq – Union Berlin 1:4
Qol: Holer, 59 – Promel, 11. Trimmel, 30. Bekker, 41. Şafer, 90.

Hoffenhaym – Bayer 2:4
Qol: Rutter, 22. Baumqartner, 36 – Şik, 34; 76. Diabi, 73. Alario, 90+1.

Herta – Maynts 1:2
Qol: Selke, 45+5 – Vidmer, 25. Bell, 81.

8 may

17:30. Ayntraxt – Borussiya (Mönxenqladbax)
19:30. Bayern – Ştutqart
21:30. Leypsiq – Auqsburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: