Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Leypsiq” – “Hoffenhaym” matçında meydan sahibləri seviniblər. Səfərdə “Maynts”la qarşılaşan “Bayern” isə 4 cavabsız qolla qalib gələrək mərhələ adlayıb.
Daha öncə “Ştutqart”la “Union Berlin” də 1/4 finala vəsiqə qazanmışdı.
Almaniya kubokunda 1/8 final mərhələsinin qalan dörd oyunu gələn həftə keçiriləcək.
Almaniya kuboku
1/8 final
31 yanvar
Paderborn – Ştutqart 1:2
Union Berlin – Volfsburq 2:1
1 fevral
Leypsiq – Hoffenhaym 3:1
Maynts – Bayern 0:4
7 fevral
21:00. Sandhauzen – Frayburq
23:45. Ayntraxt – Darmştadt
8 fevral
21:00. Nürnberq – Fortuna (Düsseldorf)
23:45. Bohum – Borussiya (Dortmund)


