Portuqaliyalı mütəxəssis Ruben Amorim “Mançester Yunayted”in sükanı arxasındakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az xatırladır ki, “Mançester Yunayted” ötən gecə Avropa Liqasının final oyununda “Tottenhem”ə 0:1 hesabı ilə məğlub olub.
Məğlubiyyətdən sonra “qırmızı şeytanlar”ın 40 yaşlı baş məşqçisi bunları söyləyib:
“Əminəm ki, mən hələ də həmin adamam, əvvəlkindən hətta daha da artığam. Bilirəm ki, növbəti mövsümdə azarkeşlərimizin səbri daralacaq, ancaq sizə təminat verirəm – mən təslim olmayacağam və getməyəcəyəm. Mən özümə həqiqətən əminəm. Mən klubu tanıyıram, məşqçi olmağın nə demək olduğunu bilirəm, bu komandaya nəyin gərək olduğunu da bilirəm. Əgər desələr ki, yaxısı budur, məşqçini dəyişək – mən növbəti gündə çıxıb-gedəcəyəm. Mən özümə həqiqətən əminəm və bu işi davam etdirməyə hazıram, əgər klub rəhbərliyi bunu istəsə”, deyə Amorim vurğulayıb.
Xatırladaq ki, Avropa Liqasının finalındakı məğlubiyyət nəticəsində “Mançester Yunayted” növbəti mövsümdə avrokuboklarda iştirak imkanından məhrum olub.


