İtaliyanın “Milan” komandasının baş məşqçisi Ruben Amorim A Seriyasının 4-cü turunda “Latsio” ilə 2:2 hesablı heç-heçəni şərh edib.
Arena.az xəbər verir ki, Romada keçirilmiş görüşün ilk hissəsindən sonra “Milan” 0:2 hesabı ilə geridə olub.
İkinci hissədə isə meydana sonradan çıxmış vinger Dieqo Moreyra iki dəqiqə ərzində dubl edərək komandasına bir xal qazandırıb.
Portuqaliyalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“İlk hissədə rəqibə lazımi təzyiq göstərə bilmədik. Qarşılaşmanın startını uğursuz keçirdik. Fasilədən sonra oyunumuzda enerji və dinamika artdı və bu, bizə bir xal qazanmağa imkan verdi.
“Milan” heyətində Luka Modriçlə də oynaya bilər, lakin bizim dəqiq müəyyənləşdirilmiş oyun üslubumuz olmalıdır. Biz sadəcə qarşılıqlı hücumlarla oynaya bilmərik. Modriç müdafiə xəttinə həddindən artıq yaxın mövqedə idi. Buna görə də Musanı meydana buraxdım”, – deyə Amorim bildirib.


