Ançelotti: “Arsenal” standart vəziyyətlərdə təhlükəlidir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/4 finalının səfərdə baş tutacaq “Arsenal”la ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Madrid Universal” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Arsenal” hücum zamanı standart vəziyyətlərdə çox təhlükəlidir. Biz bacardğımız qədər yaxşı müdafiə olunmağa çalışacağıq. Amma biz də standart vəziyyətlər zamanı rəqibə fəsadlar yaşada bilərik. Bu, çox vacib oyun baxışıdır”, deyə Ançelotti vurğulayıb.

“Arsenal” – “Real” oyunu bu gün, aprelin 8-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: