Madrid “Real”ının italyan baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın sükanı arxasında 172-ci qələbəsini qazanıb.
Arena.az “kral klubu”nun rəsmi saytına istinadən məlumat verir ki, Ançelotti bu göstərici üzrə “Real”ın sabiq baş məşqçisi, fransalı mütəxəssis Zinəddin Zidanla bərabərləşib.
“Real”la qələbələrin sayına görə mütləq rekordçu isə İspaniya nəhəngini 1959 və 1960-1974-cü illərdə çalışdırmış əfsanəvi ispan mütəxəssis Migel Munyozdur. Munyoz “Real”la 357 oyunda qələbə qazanıb.
Xatırladaq ki, İspaniya çempionatının 4-cü turu çərçivəsində “Real” səfərdə “Xetafe”yə 2:1 hesabı ilə qalib gəlib.
Əvvəlki üç turda “Real” Bilbao “Atletik”i (2:0), “Almeriya” (3:1) və “Selta” (1:0) üzərində qələbə qazanmışdı.
4 turdan sonra 12 xal toplamış “Real” La Liqanın turnir cədvəlinin vahid lideridir.


